Daha bir ölkə Qolodomoru soyqırım kimi tanıdı

21 İyun 2023 08:07

Slovakiya Milli Şurası (parlament) Ukraynada 1932-1933-cü illərdə baş vermiş Qolodomoru soyqırım kimi tanınması barədə qərar qəbul edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə TASR xəbər agentliyi məlumat yayıb.

Qətnamədə Qolodomorun müəyyən bir qrup vətəndaşı məhv etmək üçün qəsdən törədildiyi bildirilib.

Milli.Az