"Ukraynaya silah versək, özümüz silahsız qalarıq"

21 İyun 2023 07:27

Kipr Ukraynaya silah vermək fikrində deyil, çünki əks halda o, müdafiəsiz qalacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Kipr Prezidenti Nikos Xristodulidis jurnalistlərə açıqlamasında deyib.

"Kipr istifadə etdiyi qaynaqlar, hərbi resurslar müəyyən həddədir və biz Kipri ​​müdafiəsiz qoyacaq heç bir tədbir görə bilmərik. Əksinə, bizim öz səylərimiz seçki proqramımıza daxildir. Beşillik hədəfimiz müdafiə xərclərini artırmaq, Kipr Respublikasının çəkindirici gücünü gücləndirmək, ÜDM-in 2%-i səviyyəsinə çatmaqdır", - deyə o bildirib.

Milli.Az