Çempionlar Liqası: “Qarabağ”ın rəqibi MƏLUM OLDU

20 İyun 2023 16:13

Çempionlar Liqasında 2023/2024 mövsümünün seçmə mərhələsinin püşkü atılır. 

Milli.Az bildirir ki, tədbir bu gün Bakı vaxtilə saat 16:00-da UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında başlayıb. 

Azərbaycan çempionu "Qarabağ"ın da qitənin ən nüfuzlu turnirindəki rəqibi bəlli olub.

"Qarabağ" - "Linkoln Red İmps" (Cəbəllütariq)

Ağdam təmsilçisi püşkatmada yüksək reytinqli komandaların olduğu püşkatma zamanı səpələnmişlər sırasında yer alıb.

Xatırladaq ki, iyunun 21-də ÇL-də ikinci mərhələnin püşkatması keçiriləcək. Birinci mərhələnin oyunları isə 11/12 iyul və 18/19 iyulda olacaq.

İrfan

Milli.Az