Azərbaycanlı müğənninin anası onkoloji xəstədir

20 İyun 2023 19:46

Müğənni Günel Ələkbərovanın anasının səhhəti pisləşib. 

Milli.Az bildirir ki, sənətçinin anasının hazırki vəziyyəti ilə bağlı məlumat əldə etmək üçün bizim.media-nın əməkdaşı Günellə əlaqə saxlayıb. 

Ələkbərova bildirib ki, hazırda anası Milli Onkologiya Mərkəzində müalicələr alır: 

"Bir müddət əvvəl anam özünü qəfil pis hiss etdi. Xəstəxanaların birində analizlər verdi. Amma vəziyyətinin nədən pisləşdiyi bəlli olmadı. Daha sonra biopsiya olundu. Aydın oldu ki, onda bədxasisəli törəmələr aşkar olunub. Bir aydır bilmişik ki, anam onkoloji xəstədir.

Hazırda Milli Onkoloji Mərkəzdə müalicələr alır. Ona ağır iynələr vurulur. Anamı bir gündə olsun tək buraxmıram. Anama bütün xəstələr kimi xüsusi diqqət və qayğı göstərirlər". 

G.Ələkbərova həmçinin bildirib ki, o,  7 ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsi üçün yardımlar edir. 

Milli.Az