Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

20 İyun 2023 12:51

Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilib.

Milli.Az bildirir ki, bununla bağlı Naxçıvan MR səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov müvafiq əmr imzalayıb.

Əmrlə, Bağırov Zəbur David oğlu öz ərizəsinə əsasən, tutduğu vəzifədən azad olunub.

Milli.Az