Afra və Mərtin səmimi görüntüləri onları ifşa etdi - FOTO

20 İyun 2023 17:34

Xəbər veridyimiz kimi, "Yalı çapkını" serialının aktyorları Afra Saraçoğlu və Mərt Ramazan Dəmir mövsüm finalının ardından birlikdə tətilə yollanıblar.

Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlük əvvəlcə "Dalaman" hava limanında, daha sonra isə məkanların birində rəqs edərkən gürüntülənib. Cütlüyün bir-birini qucaqlayaraq əyləndiyi bildirilib.

Afra ilə Mərtin yaxın günlərdə münasibətlərini elan edəcəkləri iddia olunub.

Qeyd edək ki, ikili haqqında eşq iddiaları çıxandan sonra aktyor Mert Yazıcıoğlu Afra ilə 4 illik münasibətlərini sonlandırmışdı. Aktyor bundan sonra aktrisa Dilan Çiçek Deniz ilə münasibətə başlayıb.

Bundan əvvəl də bir neçə dəfə Afra ilə Mərtin səmimi görüntüləri yayılıb.

Milli.Az