Rusların qorxulu yuxusu olacağıq - Budanov

20 İyun 2023 13:36

Ölkədə "Ölməz komandirlərin xüsusi dəstəsi" yaradılır.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

"Bu dəstəyə Valeri Zalujnı (Ukrayna Silahlı Qüvvələrinin baş komandanı), Stepan Bandera (Ukrayna Millətçilər Təşkilatının lideri), Simon Petlyura (1919-1920-ci illərdə Ukrayna Xalq Respublikasının Direktoriyasının rəhbəri) daxil olacaq. "Ölməzlər dəstəsi" Ukraynanı ələ keçirmək istəyən rusların qorxulu yuxusu olacaq", - o bildirib.

Milli.Az