17 yaşlı qız həşərat dərmanı içərək öldü

20 İyun 2023 10:03

Sabirabad rayonunda özünü zəhərləyən 17 yaşlı qız vəfat edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, dünən rayon sakini olan 2006-cı il təvəllüdlü Z.Q. yaşadığı evdə həşəratlara qarşı istifadə edilən zəhərli məhlulu içib. Nəticədə qız vəfat edib.

İlkin məlumatda hadisənin ailədaxili münaqişə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az