Nazir "Bolt" şirkətinin prezidenti ilə danışdı - FOTO

19 İyun 2023 18:36

Bakının taksi bazarında mövcud problemləri və sektorun tənzimlənməsi ilə bağlı planları müzakirə edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün tviter hesabında məlumat verib.

Bildirilib ki, Rəşad Nəbiyev "Bolt" şirkətinin prezidenti Yevgeni Kabanov ilə onlayn görüş keçirib.

Görüşdə ekoloji təmiz, keyfiyyətli və dayanıqlı taksi xidmətinin təşkilində aqreqatorların rolu haqqında fikir mübadiləsi aparılıb.

Milli.Az