Elgiz bu görüntünün efirdən yığışdırılmasını istədi - VİDEO

19 İyun 2023 15:58

Aparıcı Elgiz Əkbər bağ evinin efirdə nümayiş olunmasına etiraz edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı verilişində bağlardan bəhs edib. 

"İndiki bağlar bağ kimi deyil. Qapını açırsan elə bil yeni tikili binadır. Bağda samovar, ağaclar, gül-çiçək olmalıdır. Nə bağ oldu?" deyən, Elgizin bağ evi nümayiş edilib. 

Həmin an aparıcı etiraz edərək, redaktordan görüntülərin efirdən yığışdırılmasını istəyib.

Milli.Az