Türkiyəli aktyor İlker Aksum evlənib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor sevgilisi Dilay Ekmekçioğlu ilə nikah masasına əyləşib. Cütlüyün toyunda ailələri və yaxın dostları iştirak edib.
Qeyd edək ki, cütlük 2 ildir eşq yaşayır. İlker hazırda "Şahsiyet" serialında rol almağa hazırlaşır.
Milli.Az