OPEC-in Baş katibi Azərbaycanda səfərdədir - FOTO

19 İyun 2023 09:49

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays Azərbaycanda səfərdədir.

Energetika Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Haysam Əl-Qays iyunun 18-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Qonaq daha sonra Şəhidlər xiyabanına gedərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, "Əbədi məşəl" abidəsi önünə əklil qoyub. 

Milli.Az