Ukrayna üçün PİS XƏBƏR - Heç bir kömək edilməyəcək, Rusiya isə...

19 İyun 2023 07:54

ABŞ prezidenti Co Bayden jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Bayden Ukraynanın NATO-ya üzv olması üçün alyansdakı digər ölkələrlə eyni standartlara cavab verməli olduğunu və bu kontekstdə Kiyevə heç bir xüsusi rahatlığın təmin olunmayacağını bildirib.

Jurnalistin "Ukraynanın NATO-ya üzvlüyünə yardım edəcəksinizmi?" sualına Bayden belə cavab verib:

"Xeyr. Çünki onlar eyni standartlara cavab verməlidirlər. Ona görə də bunu asanlaşdırmayacağam".

Co Bayden əlavə edib ki, Ukrayna hərbi koordinasiya qabiliyyətini nümayiş etdirir, lakin NATO-ya daxil olan digər hər bir ölkənin malik olduğu standartlara cavab verib-verməməsi kimi bir sıra mühüm məsələlər var.

Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsinə gəlincə, Bayden bunun "tamamilə məsuliyyətsizlik" olduğunu təkrarlayıb.

Milli.Az