Kaxovka SES-in partladılması nəticəsində ölənlərin sayı artıb

18 İyun 2023 22:44

Ukraynanın Kaxovka Su Elektrik Stansiyasının (SES) partladılması nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Xerson vilayətinin rəhbəri Andrey Alekseenko teleqramda bildirib.

Bundan əvvəl 29 nəfərin öldüyü bildirilirdi.

Rusiya hərbçiləri Kaxovka SES-i iyunun 6-na keçən gecə partladıblar. Nəticədə yaşayış məntəqələrini su basıb, təbiətə xeyli ziyan dəyib.

Milli.Az