Nailə İslamzadə gileyləndi: "Heyif əvvəlki Moskvadan" - VİDEO

17 İyun 2023 20:19

Əməkdar artist Nailə İslamzadə Rusiyaya yollanıb.  

Milli.Az bizim.media-ya istinadən bildriir ki, paytaxt Moskvanı dolaşan televiziya ulduzu turistlərin ən çox ziyarət etdiyi Qırmızı Meydandan çəkdiyi görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

N.İslamzadə paylaşdığı kadrlarda əvvəlki Moskvadan əsər-əlamət qalmadığını bildirib:

"Sizi bilmirəm, amma Moskva hər zaman məndə nostalji hisslər yaradır. Heyif ki, Moskva əvvəlki kimi deyil. İnsanlar az, şərtlər başqa cür... Heyif, əvvəlki Moskvadan. Heyif, bizim uşaqlığımızın, cavanlığımızın Moskvasından. Çox heyif..."

Milli.Az