Afina taleyini seçir
6 May 2012 11:12
Son sorğuların nəticələrinə görə, 40 ildən bəri ölkənin siyasi həyatında dominion rolunu oynayan sosialist PASOK və mühafizəkar "Yeni Demokratiya" partiyaları hökumət formalaşdırmaq üçün yetərli səs toplaya bilməyəcəklər.
Milli.Az "European"a istinadən bildirir ki, parlamentdə təmsil olunmaq üçün 3 faizlik həddi təxminən 10 partiya keçə bilər.
PASOK, "Yeni Demokratiya" və kiçik "Demokratik Alyans" partiyalarından savayı bütün siyasi qüvvələr Avropa Birliyi ilə Beynəlxalq Valyuta Fondunun kreditləri müqabilində büdcə xərclərinin azaldılması proqramına qarşı çıxırlar.
Milli.Az