Hüseyndən Bakıdakı izləyicilərinə sürpriz - VİDEO

18 İyun 2023 04:33

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov Bakıdakı izləyicilərinə sürpriz hazırlayıb. 

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bloger fanatlarından birinin toyuna qatılacağını deyib. O bildirib ki, hazırda Azərbaycandadır:

"İyunun 24-nə kimi Bakıdayam. Burada olduğum müddətdə izləyicilərimin toyuna getmək istəyirəm. Kimin bu günlərdə toyu olacaqsa, yazsın və dəvətnaməni göndərsin. Həqiqətən toy olacağını sübut etsin. Biz, sizin toyunuza qatılacağıq".

Milli.Az