Ukrayna bu iki ölkə ilə razılaşdı, bəyannamə imzalandı

17 İyun 2023 08:43

Ukrayna Çexiya və Slovakiya ilə piyada döyüş maşınlarının alınması və texniki xidmət göstərilməsi ilə bağlı niyyət bəyannaməsi imzalayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov Tvitter hesabında məlumat verib.

"Detallar barədə daha sonra məlumat veriləcək. Buna baxmayaraq, bu, ölkələrimiz arasında əməkdaşlıqda mühüm addımdır", - Reznikov qeyd edib.

Milli.Az