NATO Ukraynadakı müharibəyə rəsmən müdaxilə edə bilər.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor deyib.
Polkovnik qeyd edib ki, Ukrayna Rusiyaya müharibədə məğlub olarsa, NATO münaqişəyə müdaxilə edə bilər.
O vurğulayıb ki, Avropa ölkəsinin liderləri də ABŞ-a qoşularaq birlikdə Rusiya ilə birbaşa toqquşma barədə qərar verəcəklər.
Milli.Az