Xırdalanda gənc qızı şəkilləri ilə ŞANTAJ ETDİLƏR

16 İyun 2023 21:29

Xırdalanda gənc qız şantaj edilib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, polisə müraciət edən F.F. Tunar adlı oğlanın onu şantaj etdiyini bildirib.

Şikayətçi qeyd edib ki, oğlan onun qeyri-münasib vəziyyətdə çəkilmiş fotosunu əldə etdiyini və bunu sosial şəbəkələrdə paylaşacağı ilə hədələyərək 1000 manat pul tələb etdiyini deyib. 

Daxil olan şikayət əsasında Abşeron rayon Polis İdarəsində araşdırılmalara başlanılıb. 

Milli.Az