Kamerun rəhbəri İlham Əliyevə məktub göndərib

16 İyun 2023 19:24

Kamerun Respublikasının Prezidenti Pol Biya Prezident İlham Əliyevə məktub göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Ölkənizin milli bayramı - Müstəqillik Gününün qeyd edilməsi Sizə səmimi təbriklərimi çatdırmaq üçün mənə xoş fürsət yaradır.

Bu fürsətdən istifadə edib Azərbaycan xalqına xoşbəxtlik arzularımı çatdırıram".

Milli.Az