Prezident İtaliyanın Azərbaycandakı səfirliyində olub, Berluskoninin vəfatı ilə əlaqədar başsağlığı verib - VİDEO

16 İyun 2023 13:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da İtaliya Respublikasının ölkəmizdəki səfirliyində olub, İtaliya Respublikası Nazirlər Şurasının keçmiş Sədri Silvio Berluskoninin vəfatı ilə əlaqədar başsağlığı verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın ölkəmizdəki səfirliyinə gəldi.

İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri dövlətimizin başçısını qarşıladı.

Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazdı.

Milli.Az