Çingizlə Günay 16 il sonra bunu etdi - VİDEO

16 İyun 2023 15:30

Müğənnilər Çingiz Mustafayev və Günay İbrahimli illər sonra bir araya gəliblər.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə onlar sosial media hesablarında yazıblar. Günayla Çingiz birgə "Saçlarına gül düzüm" mahnısını ifa ediblər.

"Ən son 16 il əvvəl "Yeni ulduz 7" mahnı müsabiqəsində bir səhnəni paylaşmışdıq. 16 il sonra təsadüfən görüşüb, o illəri xatırladıq" deyə, Çingiz paylaşımında yazıb.

Qeyd edək ki, Çingiz sözügedən yarışmanın yeddinci mövsümümünün qalibi olub.

Milli.Az