Laçında ağır qəza: 1 nəfər öldü

16 İyun 2023 09:37

Laçın-Zabux yolunun 2-ci km-də qəza baş verib.

Milli.Az bildirir ki, qəza zamanı "MAN" markalı nəqliyyat vasitəsinin sürücüsü Fərman Hüseynov idarəetməni itirərək qarşıdan gələn Elman Qarayevin idarə etdiyi "MAN" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hər iki nəqliyyat vasitəsinin sürücüləri müxtəlif dərəcələi bədən xəsarətləri alıblar, tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılarkən Fərman Hüseynov yolda ölüb.

Faktla bağlı cinayət işi başladılıb, araşdırma aparılır.

Milli.Az