Məşhur rok qrupunun üzvü vəfat etdi

15 İyun 2023 23:46

Amerikanın "Urge Overkill" rok qrupunun üzvü Bleki Onassis vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə qrupun üzvləri məlumat yayıblar.

58 yaşlı sənətçinin ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, əsl adı Con Roen olan ifaçı qrupa 90-cı illərin əvvəlində qoşulmuşdu.

Milli.Az