ABŞ-ın dövlət qurumları kiberhücuma məruz qaldı

16 İyun 2023 00:18

ABŞ-ın bir neçə federal hökumət qurumu haker hücumuna məruz qalıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə CNN kanalı məlumat yayıb.

Haker hücumunun arxasında kimin dayandığı hələlik məlum deyil. Hücum geniş istifadə olunan proqram təminatındakı boşluqdan istifadə edilməklə həyata keçirilib.

Kanalın məlumatına görə, bu, ilk belə hal deyil. Genişmiqyaslı haker hücumu iki həftə əvvəl başlayıb və bu müddət ərzində bir neçə universitet və ABŞ hökumət təşkilatları vurulub.

Milli.Az