Prezident: Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayıb və bu, qardaş ölkə mövqeyidir - VİDEO

15 İyun 2023 14:06

Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir. Bu isə qardaş ölkə mövqeyidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında səsləndirib.

Hazırda Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə gedən danışıqlarla bağlı Baş nazirə məlumat verdiyini deyən dövlətimizin başçısı qeyd edib: "Bu sazişin imzalanmasının perspektivləri var. Sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir, artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır".

Milli.Az