Şahbaz Şərif: Pakistan-Azərbaycan münasibətləri qarşılıqlı dəstək və etimad üzərində qurulub

15 İyun 2023 13:58

Bütün məsələlərdə, istər ikitərəfli, istər çoxtərəfli məsələlərdə Pakistanın və Azərbaycanın mövqeləri üst-üstə düşür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

Baş nazir bildirib: "Pakistan və Azərbaycan qardaş xalqlardır. Bizim münasibətlərimiz qarşılıqdı dəstək, səmimiyyət və qarşılıqlı etimad üzərində qurulub".

Milli.Az