Moldova qərarını verdi: MDB-dən çıxır

15 İyun 2023 16:08

Moldova mümkün qədər tez MDB-dən çıxmalı, eyni zamanda bu assosiasiya çərçivəsində onun iqtisadiyyatı üçün faydalı olan sazişləri saxlamalıdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Moldovanın iqtisadi inkişaf naziri Dmitri Alayba deyib.

"Düşünürəm ki, bizim MDB-dən çıxmağımız qaçılmazdır, bu, AB-yə üzvlüklə bir araya sığmır və yəqin ki, son ana qədər gözləmək səhv və səmimiyyətsizlik olardı. Moldova xalqının seçimi aydındır", - deyə nazir bildirib.

Milli.Az