Bu marşrut xəttindən istifadə edənlərin NƏZƏRİNƏ: dəyişiklik var...

15 İyun 2023 09:42

Bu gündən 172 nömrəli müntəzəm marşrut xətti üzrə (Bilgəh qəsəbəsi-Koroğlu NMM) böyüktutumlu (12 metrlik) avtobuslar sərnişinlərin xidmətindədir.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Həmçinin avtobuslarda ödəniş nağdsız qaydada Bakıkart vasitəsi ilə həyata keçirilir.

Milli.Az