"Astral səyahətlə zəlzələni görmüşdüm"

15 İyun 2023 12:21

Türkiyəli müğənni Yusuf Güney "Survivor" yarışmasından öz istəyi ilə ayrılmasının səbəbini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi Türkiyədə zəlzələnin olacağını öncədən bildiyi üçün bu addımı atdığını deyib:

"Dostlarıma zəlzələnin olacağını bildirmişdim. Mən getməliyəm, burada dayana bilmirəm, demişdim. Yuxumda etdiyim astral səyahətlərdə zəlzələni birə-bir görmüşdüm. Qala bilmədim. Final kürsüsündə oturmağı çox istədim, hörmət ediləcək bir mübarizədir. Səmimi deyirəm dəlilikdir".

Milli.Az