Olimpiya çempionu 66 yaşında vəfat edib

14 İyun 2023 22:22

ABŞ-dan olan keçmiş yüngül atlet Harvi Qlans 66 yaşında vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, məşhur idmançının ölümünə infarkt səbəb olub.

Qlans Dünya Kubokunun, Panamerika Oyunlarının qalibi və mükafatçısı, həmçinin, dünya çempionudur. O, Monreal-1976 Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış üzrə qızıl medalçıdır. Qlans iki dəfə dünya rekordunu (9,9 saniyə) təkrarlayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın digər tanınmış atleti Cim Hayns dünyasını dəyişib. İkiqat olimpiya çempionu 76 yaşında vəfat edib.

Milli.Az