Gənc aktrisanın faciəvi ölümü - Pilləkənlərdən yıxıldı...

14 İyun 2023 21:08

Cənubi Koreyalı aktrisa Park Su Ryun bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, evə gedərkən pilləkənlərdən yıxılaraq xəsarət alan 29 yaşlı sənətçi dərhal xəstəxanaya aparılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Onun ölümünə səbəb isə beynindən aldığı zədə olub.

Valideynləri övladının orqanlarının bağışlanmasına qərar verib.

Milli.Az