Məşhur müğənni gözəlləşmək istədi, çirkinləşdi, görün kimə bənzətdilər - FOTO

14 İyun 2023 20:05

Məşhur müğənni Ceylan saysız-hesabsız estetik əməliyyatları ilə gündəmə gəlir. Müğənni son əməliyyatı ilə  yenə adından söz etdirib. O, qadından çox kişiyə bənzədilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, üzünü gərdirən müğənnini estetik əməliyyat etdirmiş Yılmaz Morgülə bənzədiblər.

Ceylan qatıldığı proqramda özü qeyd edib ki, onu ilk görəndə hətta meneceri də tanımayıb. Üz tanıma proqramına bağlı olan telefonunu isə son əməliyyatdan sonra tanınmadığı üçün aça bilmir.

Ceylan iddiaların əksinə olaraq bədən şəkilləndirmə əməliyyatı etdirmədiyini bildirib.

Milli.Az

Ceylan gözəlləşmək istədi,  çirkinləşdi,   görün kimə bənzətdilər