MİT İraqın şimalında terrorçuların rəhbər şəxsini məhv etdi

14 İyun 2023 13:38

Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/KCK terror qruplaşmasının rəhbər şəxslərindən sayılan Abdulkahar Karasaç məhv edilib.

Milli.Az xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.

Bildirilib ki, o, 2017-ci ildə polis əməkdaşı Fatih Sekinin şəhid olduğu terror aktının təlimatçısı olub.

Milli.Az