Prezident: Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqlar son mərhələdədir

13 İyun 2023 14:57

Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqlar son mərhələdədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.

Dövlətimizin başçısı qeyd edib: "Biz çox ümid edirik ki, yaxın gələcəkdə, yaxın aylarda bu məsələ də öz həllini tapacaq və bizim qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcək".

Milli.Az