Podiumda ölüm - Platforma aşıb modelin başına düşdü - VİDEO - FOTO

13 İyun 2023 17:37

Hindistanın Noida şəhərində keçirilən moda festivalında qəza baş verib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, podiumun işıqlarını daşıyan platforma 24 yaşlı model Vanşika Çopranın üzərinə düşüb. Dəhşətli qəzada 24 yaşlı model həyatını itirib, bir nəfər isə yaralanıb. Qəzadan sonra şounun təşkilatçısı və işıq quraşdıranlar da saxlanılıb. (publika)

Milli.Az