“Qısqanmayın, “maşallah” deyin”

13 İyun 2023 14:48

"Dost olmağı hər adam bacarmır. Bu fani dünyada dostluq etməyi bacaranlar daha xoşbəxt yaşayırlar".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri instaqramda rəqqasə Fatimə Fətəliyeva paylaşıb. O, müğənni Kərim Abasovun ad günündə etdiyi surprizdən söz açıb:

"Kərim, illərimin dostu sənin ad gününə həsr olunmuş əzizlərimizin "Zaurla Günaydın" verilişinə gəlmək borcum idi. O qədər işin arasında necə yanımda olmusan, mən də elə. Allah bizi dostlarımızla sınamasın. Bəli-bəli, qısqananlar, qısqanmayın. Mənim belə dostlarım var. Maşallah deyin".

Milli.Az