Masallıda 16 yaşlı qız itkin düşüb

13 İyun 2023 09:19

Masallıda 16 yaşlı qız itkin düşüb.

Milli.Az xəbər verir ki, iyunun 11-də 2007-ci il təvəllüdlü Şiriyeva Səbinə Taryel qızı yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib və geri qayıtmayıb.

Faktla bağlı Masallı Rayon Polis İdarəsinin Təhqiqat Bürosunda araşdırma aparılır.

Milli.Az