Ötən axşam illərə meydan oxuyan, Türkiyənin superstarı Ajda Pekkan "Kuruçeşme Açıq Hava" məkanında canlı solo konsert proqramı ilə çıxış edib.
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, 77 yaşlı pop ulduz ifa etdiyi hitləri ilə yanaşı geyimi, səhnədəki zərifliyi ilə göz qamaşdırıb.
Pekkan konserti üçün məşhur dizayner Burcu Sedef tərəfindən özəl hazırlanmış çəhrayı rənglı transparan libası ilə diqqətləri üzərinə cəmləyib.
Müğənnini bu libasda görən izləyicilər isə Ajdanı "barbi" gəlinciyinə bənzədiblər.
Milli.Az