Türkiyədə şəlalədə möhtəşəm göy qurşağı görüntüsü - VİDEO

13 İyun 2023 18:48

Türkiyənin Ərzurum vilayətində yerləşən Tortum şəlaləsində yaranan ecazkar mənzərə turistlərin və yerli sakinlərin ürəyincə olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, xüsusən aramsız yağan yağışlardan sonra şəlalədə suyun həcmi artıb.

Nəticədə şəlalənin yüksəkliyində qatı su buxarı səbəbindən göy qurşağı yaranıb.

Milli.Az