Türkiyənin sabiq naziri qəzaya düşdü

12 İyun 2023 23:23

Türkiyənin eks-iqtisadiyyat naziri Nihad Zeybəkçi avtomobil qəzası keçirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Muğlada baş verən qəzadan dərhal sonra keçmiş nazir xəstəxanaya aparılıb.

Zeybəkçinin həyati təhlükəsinin olmadığı bildirilib.

Qeyd edək ki, Zeybəkçi 2016-2018-ci illər arasında Türkiyədə iqtisadiyyat naziri vəzifəsini icra edib.

Milli.Az