6 yaşlı qızı tualetdə günlərlə ac saxladılar - FOTO

13 İyun 2023 02:02

Türkiyədə anası və ögey atası 6 yaşlı qıza işgəncə edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Türkiyənin Ankara şəhərində baş verib.

6 yaşlı Reyhanın anası bacısına zəng vuraraq onu aparmasını istəyib. Reyhanın xalası onun bədəninin müxtəlif nayihələrində göyərmə izlərini və yeriməsində çətinlik çəkdiyini görüb. Balaca qız anasının və ögey atasının onu döydüyünü, günlərlə tualetdə qaranlıqda və ac qoyduğunu bildirib.

Reyhan ögey atasının onu tək ayaq üstə saxladığını, başmaq və çubuqla döydüyünü deyib.

Hazırda polis faktla bağlı araşdırma aparır.

Milli.Az