İmişli sakini özünü elektrik dirəyindən asdı

12 İyun 2023 21:35

İmişlidə intihar hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, ötən gün axşam saatlarında 1986-cı il təvəllüdlü Hacıyev Xəyal İlham oğlu Qaralar kəndində yerləşən əkin sahəsində özünü öldürüb. Onun meyiti sahədən keçən elektrik dirəyindən asılı vəziyyətdə tapılıb.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az