Vilayət Eyvazov DYP rəisini vəzifəsindən azad etdi - Yeni TƏYİNAT

12 İyun 2023 10:48

Abşeron Rayon Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi Cəmil Abbasov vəzifəsindən azad edilib.

Milli.Az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə Abşeron DYP-nin rəisi vəzifəsinə Nəsib Əsədov təyinat alıb.

Milli.Az