Molla rejiminin öldürdüyü gəncin yas mərasimində polis də qətlə yetirildi - FOTO

12 İyun 2023 13:04

İranda polis zabiti öldürülüb. 

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb. 

Məlumatda bildirilib ki, hadisə İranın Xuzistan əyalətinin İza şəhərində 2022-ci il etirazlarında rejim tərəfindən öldürülən Kian Pirfələkin doğum günü mərasimində baş verib.

Məlumata görə, Kianın yaxın qohumu Puya Moladi Rəd polislərə hücum edib. Nəticədə polis M. Qənbəri və P. Moladi  ölüb.

Hadisə nəticəsində polis əməkdaşı Məhəmməd Qənbəri ağır güllə yaraları alaraq ölüb.

Milli.Az