Yunanıstan Türkiyə sərhədinə hasar çəkir

11 İyun 2023 22:28

Yunanıstan hakimiyyəti qeyri-qanuni miqrantların ölkəyə girişinin qarşısını almaq üçün Türkiyə sərhədinə yaxın Yenibosna kəndində müvəqqəti metal hasar çəkməyə qərar verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, son günlər ölkəyə daxil olan qeyri-qanuni miqrantların sayının artdığı iddialarından sonra Baş Qərargah rəisi Konstantinos Floros Türkiyə sərhədində müvəqqəti hasar çəkilməsi barədə əmr verib.

Bildirilib ki, müvəqqəti hasar 100 metr uzunluğunda olacaq.

Milli.Az