Azərbaycanlı aparıcı boşanır - FOTO

11 İyun 2023 19:24

İllər öncə ailə həyatı qurub ABŞ-yə köçən keçmiş aparıcı Günel Hümbətova boşanır.

Milli.Az olay-a istinadən bildriir ki, o, həyat yoldaşı Firuz Soliyevdən ayrılmağı barədə özü məlumat verib.

Günel bildirib ki, 8 illik evliliyi sonlandırmaq qərarına gəliblər. Onlar bu addımı birlikdə xoşbəxt olmadıqlarının fərqinə vardıqları üçün atırlar.

Qeyd edək ki, Hümbətova Firuzla 2015-ci ildə ailə qurub. Onların Jozefina adlı bir qızı var.

Milli.Az