Günel həyat yoldaşından ayrıldı - FOTOlar

11 İyun 2023 13:43

Amerikada yaşayan keçmiş aparıcı Günel Hümbətova və həyat yoldaşı Firuz Soliyev ayrılmağa qərar veriblər.

Milli.Az Qaynarinfo-ya istinadən bildirir ki, bu barədə Günel Hümbətova sosial mediada məlumat yayıb.

İnstaqramda hekayə bölümündə video paylaşan məşhur qeyd edib ki, 8 illik evliliyi sonlandırmağa qərar veriblər. Buna səbəb kimi isə hər ikisinin artıq birləkdə xoşbəxt olmadığını göstərib.

Lakin eks-aparıcı daha sonra paylaşmını silib.

Məlumat üçün bildirək ki, 2015-ci ildə ailə quran cütlüyün bu nikahdan bir qızı var.

Milli.Az