Bakıda avtomobil piyadanı vurub, sürücü hadisə yerindən qaçıb

11 İyun 2023 14:11

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Maştağa qəsəbəsində avtomobil yolu keçən 26 yaşlı Tahir Mirzəyevi vurub.

Hadisəni törədən sürücü ərazidən qaçıb.

Yaralı ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisəni törədən sürücü Sabunçu Rayon Polis əməkdaşları tərəfindən saxlanılıb və araşdırma aparılır.

Milli.Az